Tribuna İnformasiya Agentliyi

Venesuelada iş günü ləğv edilib və məktəblərdə məşğələlər dayandırılıb

12 Mart
Venesuelada elektrikin kəsilməsi səbəbindən martın 13-də iş günü və məktəblərdə məşğələlər ləğv edilib.
Bu barədə Venesuela Prezidenti Nikolas Maduro özünün “Twitter” səhifəsində yazıb.
Bundan öncə Venesuelanın vitse-prezidenti, rabitə və informasiya naziri Horhe Rodriges martın 12-də iş gününün və məktəblərdə məşğələlərin ləğv olunduğunu bildirmişdi. Hökumət martın 8-də və 11-də də analoji qərar qəbul etmişdi.
Xatırladaq ki, martın 7-dən Venesuelanın əksər ştatlarının elektrik təminatı kəsilib. Yerli KİV-lərin məlumatına görə, burada 23 ştatdan 20 və ya 22-dən söhbət gedir.
Milli Elektrik Kompaniyası hadisəyə Bolivar ştatında yerləşən Simon Bolivar adına su elektrik stansiyasında baş verən sabotajın səbəb olduğunu bildirib. Maduro isə öz növbəsində insidentdə “Amerika imperializmini” təqsirləndirib. ABŞ dövlət departamenti bu ittihamı təkzib edib.