Tribuna İnformasiya Agentliyi

Venesuela prezidenti Kolumbiyanın dövlət başçısını şeytan adlandırıb

10 Yanvar

Venesuela prezidenti Nikolas Maduro Kolumbiyanın dövlət başçısı İvan Dukeni “mələk üzlü şeytan”adlandırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Maduro mətbuat konfransında bildirib.

“Bu şeytan mələk üzü ilə bütün Venesuelaya qarşı çıxır. Çünki Kolumbiya oliqarxiyası Venesuela xalqına nifrət edir”, – deyə Maduro bildirib.

Maduronun sözlərinə görə, qruplaşma üzvlərinin ötən ilin 4 avqustunda ona qarşı yönəldilmiş uğursuz sui-qəsdi Kolumbiya ərazisində hazırlanıb.

“Onlardan xahiş etdik ki, sui-qəsdçiləri həbs etsinlər. Cavab sükutdur. Onların (Kolumbiya hakimiyyətinin – red) etikası və əxlaqı yoxdur”, – deyə Maduro qeyd edib.

Venesuela prezidenti Nikolas Maduro daha əvvəl ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.