Vəlvələçayda karxananın fəaliyyəti ilə bağlı araşdırmalar aparılırbackend

Vəlvələçayda karxananın fəaliyyəti ilə bağlı araşdırmalar aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Quba rayonunda yerləşən bütün karxanaların, eyni zamanda Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı artıq bir neçə vaxtdır Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən araşdırma və monitorinqlər aparılır”.

Bunu  TİA.AZ-a açıqlamasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

O bildirib ki, dünən sosial şəbəkədə yayılan Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasında aparılan araşdırmanın nəticələri mütəxəssislər tərəfindən qiymətləndirilir: “Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.