Vəkil generalın oğlunun ona hücum etməsi ilə bağlı polis şöbəsində izahat verdibackend

Vəkil generalın oğlunun ona hücum etməsi ilə bağlı polis şöbəsində izahat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlunun ona məhkəmə prosesində hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib.
TİA.AZ xəbər verir ki, bu barədə vəkilin özü sosial şəbəkədə paylaşım edib.
“Bu gün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verdim. Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”, – E.Sadıqov bildirib.
Qeyd edək ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclası zamanı R.Əkbərovun oğlu E.Sadıqova hücum edib. Bu barədə vəkilin özü sosial şəbəkədə daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edərkən bildirib.