Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandıbackend

Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunda “Yaşıl Göl” restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat ETSN-nin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova  TİA.AZ-a bildirib ki, “Yaşıl Göl” ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub. Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.

“Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir”.