Vegetarian qidalanmanın formaları: Gələcəyə boylanan trendbackend

Vegetarian qidalanmanın formaları: Gələcəyə boylanan trend

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərqliliklərə daima qapıların açıldığı dünyada, qidalanma formaları da zamanla təkamülə uğrayır. İnternetin də təsiri ilə insanlara daha çox təsir edən qidalanma formaları son illərdə demək olar ki, trend olub.

İnsanlar sağlam, ləzzət, təbiətə hörmət, vicdani səbəblərlə müxtəlif qidalanma formalarını həyatlarına inteqrasiya edirlər və məlumatlanma artdıqca qidalanma formaları da artır. Yəni ənənəvi qidalanmanın yerini veqan və ya vegetarian qidalanma formaları alır.

Bu gün böyük əksəriyyət omnivor olaraq qidalansa da, milyonlarla insanın daxil olduğu fərqli qidalanma çeşidləri var. Xüsusilə, heyvan haqlarına verilən önəm artdıqca, uzaq gələcəkdə bitki tərkibli qidalanmanın daha geniş yayılacağı gözlənilir.

Bir çox qidalanma formaları var: Veqanlıq (ət, süd, yumurta, bal və s. heyvan tərkibli qidalardan imtina), vegetarianlıq (daha çox bitki tərkibli qidaların qəbulu, heyvan mənşəli qidalardan az və ya heç qəbul etməmək) lakto vegetarianlıq, ovo vegetarianlıq, pesketaryenlik, fleksitaryenlik, frutaryenlik, paleoluk, jainlik.

Veganlar

Heç bir zaman heyvan mənşəli məhsullar qəbul etməzlər. Veqanlar, hətta bal da yeməzlər. Bu vəziyyət, sadəcə qidalanma ilə sərhədlənmir. Dəri və kürk geyinməyi tərcih etməzlər, heyvani mənşəli məhsullardan istifadə etməzlər.

Vegetarianlıq

Qırmızı, ağ, balıq heç bir ət məhsulu qəbul etməzlər. Ancaq süd, qatıq, pendir, bal kimi heyvan mənşəli məhsulları yeyərlər. Bəziləri dəri-kürk geyinməsələr də, bəziləri geyinir.

Yumurta yeməyənlər cəmiyyəti – lakto vegetarianlıq

Ət yeməməyə davam edərlər, süd məhsulları da qəbul edirlər, ancaq yumurta yeməzlər. Əslində, yumurtanın texniki olaraq “toyuq mensturasiyası” olduğu və erkək quşların canlı-canlı öldürülməsi də bu qərarın verilməsində çox böyük əhəmiyyətə malikdir.

Yumurta olmadan əsla – ovo vegetarianlıq

Ət yeməzlər, süd məhsulları da yeməzlər, amma yumurta yeməyə davam edərlər.

Vegatalyanlıq

Qidalanma forması olaraq veqanlarda fərqi yoxdur. Ancaq kürk, dəri kimi heyvan mənşəli məhsullar istifadə edə bilərlər.

Pesketaryanlıq

Kəlimənin kökü latın dilində “balıq” mənasını verir. Qidalanma formaları vegetarianlara çox bənzəyir, tək fərqləri balıq əti yemələridir. Balıq və dəniz məhsulları qəbul edən pesketaryanların çoxunda bir gün vegetarianlığa keçmə istəyi var.

Fleksitaryanlıq

Ət yeməsələr də bu mövzuda çox ciddi deyillər, arada yeyirlər. Bəziləri məcbur qaldıqları zaman, bəziləri isə ət dadı üçün darıxdıqlarına görə, ət yeyə bilərlər.

Bişmiş meyvə və tərəvəz yeməyənlər -frutaryanlıq

Onlar yerə düşən meyvə tərəvəzlə qidalanarlar. Bunun daha sağlam və təbii olduğunu düşünürlər.

Paleoluk

Digər adı ilə “mağara adamı pəhrizi”, “daş dövrü pəhrizi” və ya “ovçu – toplayıcı pəhrizi”, müasir qidalar daxil olmaqla vəhşi bitkilər və heyvanlarla qidalanırlar.

Paleolitik pəhrizi

Pəhrizin ən önəmli ünsürlərindən biri də Paleolitik dövrdə olmayan qidalardan uzaq durmaqdır. Son zamanlarda dəb olan pəhriz növlərindən biridir.

Jainlik – bakteriyalara belə zərər verməyənlər

Jainizm, əslində bir dindir. Bu dinin mənsubları, heç bir canlıya zərər verməməyi qarşılarına məqsəd qoyublar.

Jainlər, mikrorqanizmlərə belə zərər verməzlər. Buna görə maska da taxarlar. Bəzi bitkilərdəki kiçik canlılar öldüyü üçün, o bitkiləri yeməzlər.

Jainlər, gün batandan sonra yemək yeməməyə çalışırlar. Səbəbi də olduqca maraqlıdır. Qaranlıqda ortaya çıxan kiçik mikroorqanizmlərin ölümünə səbəb olacağına inanırlar.

Planetar

16 ölkədən 37 araşdırmaçının bir araya gəlib planet üçün ən yaxşı qidalanma forması ortaya çıxardığı bir qidalanma tipidir. Təbiətə fayda vermək üçün bu pəhriz çox əhəmiyyətlidir. Gündə 2500 kalori almağı tövsiyyə edən bu pəhrizdə heyvan mənşəli qidalar, böyük ölçüdə qadağan edilsə də, tamamilə qadağan edilməyib.

Bəs, siz hansı qidalanma formasına üstünlük verirsiniz?

İlahin, Bizimyol.info