“Vecon Consulting”in əməkdaşları uşaq evini ziyarət edib – FOTOLARbackend

“Vecon Consulting”in əməkdaşları uşaq evini ziyarət edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “VECON CONSULTING” qiymətləndirmə şirkətinin əməkdaşları paytaxtın Xəzər rayonu ərazisində yerləşən “NUR” uşaq evində məskunlaşan körpələri ziyarət edib.

Şikrətin əməkdaşları  uşaqları bayram münasibətilə təbrik edib, onlarla maraqlı müzakirələr aparıblar. Uşaqların qarşısında çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri,  “VECON CONSULTING” qiymətləndirmə şirkətinin təsisçisi Vüqar Oruc onlara təhsilin əhəmiyyəti, gələcək fəaliyyət istiqamətləri ilə bağlı tövsiyyələrini verib. Yaradılan şəraitə görə, “NUR” uşaq evinin rəhbərliyinə və dəstək göstərən hər kəsə minətdarlığını ifadə edən V.Oruc qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir və onları qorumaq, dəstək olmaq hər kəsin borcudur.

Daha sonra “VECON CONSULTING” qiymətləndirmə şirkətinin adından uşaqlara bayram sovqatı paylanıb. Maraqlı görüş, diqqət, qayğı üçün uşaq evinin rəhbərliyi və sakinləri şirkətin rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini bildiriblər.

SOSİUM.az