Tribuna İnformasiya Agentliyi

“Vecimə deyil, mən Həbibi rüsvay etmək istəyirdim” – Makqreqor döyüşdən sonrakı davadan danışdı

07 Oktyabr

Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında keçirilən görüşdə rəqibinə məğlub Makqreqor məğlubiyyəti həddən artıq emosional şəkildə qarşılayıb.

TİA.AZ Axar.az-a istinadla xəbər verir ki, görüşdən sonra UFC prezidenti Deyna Uayt idmançıya təskinlik vermək üçün ona yaxınlaşıb və çox gözəl döyüşdüyünü bildirib.
“Yaxşı döyüşməyim mənim vecimə belə deyil. Mən onu rüsvay etmək istəyirdim”, – Makqreqor UFC prezidentinin sözlərinə sərt şəkildə cavab verib.
Qeyd edək ki, döyüşün dördüncü raundunda Həbib Nurməhəmmədov boğucu fənd tətbiq edərək rəqibini məğlub edib.