“Vaxtilə Cahangir Əsgərovu fırıldaqçılığına görə işdən çıxartmışam” – AZAL-ın eks-prezidentindən QALMAQALLI AÇIQLAMALARbackend

“Vaxtilə Cahangir Əsgərovu fırıldaqçılığına görə işdən çıxartmışam” – AZAL-ın eks-prezidentindən QALMAQALLI AÇIQLAMALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun onu videosunu çəkən adama barmaq göstərməsi məsələsinə münasibət bildirib.
AZAL-ın eks-prezidenti Sfera.az-a maraqlı açıqlamalar edib:
“Mən onu 20 ildən çoxdur ki, yaxşı tanıyıram. Vaxtilə mən onu işdən də çıxartmışam. 1990-cu ildə mən işdən getmişdim. Sonra qayıdanda gördüm ki, Cahangir Əsgərov AZAL-ın Həmkarlar Təşkilatına rəhbər qoyulub. İşə yeni qayıtmışdım, təyyarəçilərin hamısı Həmkarlar Təşkilatından şikayətlənirdi. Mənə deyirdilər ki, bizə dincəlmək üçün ezamiyyət verilmir və sairə. Mən dərhal bu məsələ ilə ciddi maraqlandım. Baş mühasibə zəng edib soruşdum ki, hər il AZAL təyyarəçiləri həmkarlara nə qədər pul köçürür? Mühasib sualıma cavab vermədi, tutuldu. Dedim nə üçün təyyarəçilərə ezamiyyət verilmir? Axı təyyarəçilər ən azı ildə bir dəfə dincəlməsə, onları işə buraxmaq qadağandır! Sonra məsələnin kökünü araşdıranda məlum oldu ki, Cahangir Əsgərov həmin vəsaitləri banka toplayırmış. Həmin dövrdə Ayaz Mütəllibovun bankı vardı, AZAL-ın Həmkarlar Təşkilatına köçürdüyü vəsaitlər də qeyri-qanuni şəkildə o banka qoyulurmuş, mənimsənilirmiş. Bütün bunlara görə də Cahangir Əsgərovu yanıma çağırıb danladım və fırıldaqçılığına görə işdən çıxartdım. Dedim ki, sizə qətiyyən Həmkarlar Təşkilatında işləmək olmaz”.