Vasserman 2021 üçün proqnoz verdi: Rusiyalılar, daha pis vəziyyətə hazır olun!backend

Vasserman 2021 üçün proqnoz verdi: Rusiyalılar, daha pis vəziyyətə hazır olun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist və teleaparıcı Anatoli Vasserman REN TV üçün öz bloqunda 2021-ci il üçün proqnozlarını qeyd edib.

Qaynarinfo xəbər verir ki, ona görə, peyvəndləşməyə baxmayaraq, qarşıdakı il koronavirus işarəsi altında keçəcək. Peyvəndləmə üç il davam edəcək və texnoloji zəncirlərin yenidən qurulmasını tələb edəcək. Vasserman həmçinin koronavirus məhdudiyyətlərinin payızdan tez ləğv ediləmyəcəyini düşünür.

Dünya səhnəsində Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcək bir vəziyyət yaradılır. Bunu yeni Amerika hökumətinin Cozef Bayden və onun arxasında dayanan şəxslər, eləcə də Türkiyə Prezidenti Rəcəb Ərdoğanın simasında davranışları göstərir. Çox ehtimal ki, ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək və Rusiya və Çinə qarşı düşmən siyasət aparacaq, – Vasserman bildirib.

ABŞ Rusiyanı öz perimetri boyu yerli qarşıdurmalarla gücdən salmaq niyyətindədir. Məhz bu səbəbdən ABŞ Ukraynaya silah göndərri. “Ukrogenştabın vicdanlı zabitləri jurnalistləri xəbərdar edir: Donbasdakı vəziyyətin ağırlaşması bahara planlaşdırılır”, – Vasserman deyib. Bundan sonra Amerika generalları nə edəcəyinə – “DNR və LXR”-i bir-birindən ayırmağa, hətta Rusiya ilə sərhədi bağlamağa gedəcəklərinə qərar verəcəklər.

Bundan əlavə, Vasserman Rusiyada sentyabr ayında Dövlət Dumasına seçkilər fonunda keçiriləcək etiraz aksiyalarını da istisna etmir. Lakin Rusiyada rəngli inqilab ssenarisini həyata keçirmək Serbiya və ya Qırğızıstandan daha çətindir.

“Anti-sistemistlər kompüter şəklini saxta elan etməkdən utanmırlar. Belarusda olduğu kimi, Svetlana Georgiyevna Pilipçuk (Tixanovskaya) on səsdən birini deyil, yarısından çoxunu qazandığını bildirmişdi”, – Vasserman qeyd edib.