VAŞİNQTON PAŞİNYANI VƏ SEPARATÇILARI CƏSARƏTLƏNDİRİR – ANALİTİKbackend

VAŞİNQTON PAŞİNYANI VƏ SEPARATÇILARI CƏSARƏTLƏNDİRİR – ANALİTİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Xarici İşlər Nazirliyinin “Minsk Qrupunun həmsədri” titulunu daşıyan heç bir diplomatın Bakıda qəbul edilməyəcəyi ilə bağlı əhatəli bəyanat yayması faydalı olardı. Moskva Minsk Qrupundan imtina edib, Brüssel də vasitəçilik fəaliyyətində bu qrupun fəaliyyətini davam etdirməsi mövzusuna toxunmağı lazım bilmir, hətta Paris bu məsələdə isralı deyil. Yeganə Vaşinqtondur ki, həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyir”.
TİA.Az bildirir ki, ekspert Elxan Şahinoğlu belə düşünür. Onun fikrincə, bu istək Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ məsələsinə qarışmasına, eyni zamanda erməni separatizmini cəsarətləndirir: “Deməli, diplomatiyamızın hədəfi Vaşinqtonla izahat işinin genişləndirilməsi olmalıdır. Onlara izah edilməlidir ki, Vaşinqtonun həmsədrlik məsələsində israrı Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edəcək, Rusiyanın bölgədə mövqelərini gücləndirəcək, sabitliyə və sülhə əngəl olacaq. Seçim Vaşinqtonundur”.

TİA.Az