Varujan Avetisyan: “Ermənistan ayaq altında qalacaq…” (VİDEO)backend

Varujan Avetisyan: “Ermənistan ayaq altında qalacaq…” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Nikol Paşinyan müstəmləkəçi qüvvələrə (Rusiya) və düşmənə xidmət edir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Varujan Avetisyan deyib.
Avetisyan Paşinyanı cinayətkar və satqın adlandırıb, onun komandasının eyni oyun oynadığını bildirib: “Yalnız zahirən belə görünür, şeytan həmişə İsa Məsihin surətində gəlir və Moskva bir neçə ildir ki, bu hiylə ilə məşğuldur. Rusiya Ermənistanda müxalifətçi təyin edərək, teatr tamaşası oynayır, guya Nikol Rusiyann əleyhinədir, Nikol qərbpərəstdir, müxalifət isə rusiyapərəstdir. Əslində biz Ermənistanda Paşinyan hökumətindən daha çox rusiyapərəst hökumət görməmişik”.
Varujan Avetisyan bildirib ki, Ermənistan ayaq altında qalacaq, çox qısa müddətdə mövcudluğuna son qoyulacaq: “Əgər biz SSRİ-nin sərhədlərini tanıyırıqsa, əlimizdə olan hər şeydən – haqqımızdan, gələcəyimizdən əl çəkmiş olacağıq. Bu o deməkdir ki, biz Ermənistanı qısa müddətə varlığından məhkum edərək məhvə aparırıq. Rusiya bunu istəyir, biz bunun qarşısını almağa çalışacağıq, bununla məşğuluq. Bütün bunların baş verməməsi üçün insanların, “fiziki olaraq, ruhlarının qapılarını” döyürük. Bu, bizim qısamüddətli hədəfimizdir. Və sonra, nəhayət, Paşinyanın xain rejimini aradan götürüb müvəqqəti hökumət qurmalıyıq”.