Tribuna İnformasiya Agentliyi

Varlılar çox yaşayır, yoxsa kasıblar?

09 Dekabr

ABŞ-ın Şərqi Tenessi Universiteti (East Tennessee State University) alimləri insan həyatının uzunluğuna kasıblığın necə təsir etdiyini araşdırıblar. 

ABŞ-ın Şərqi Tenessi Universiteti (East Tennessee State University) alimləri insan həyatının uzunluğuna kasıblığın necə təsir etdiyini araşdırıblar.

TİA.AZ xəbər verir ki, aparılan araşdırmanın nəticələri alimləri çox təəccübləndirib. Belə ki, Amerikada kasıblar varlılardan 7-10 il az yaşayır.

Reuters xəbər verir ki, ABŞ-ın kasıb ştatlarında kişilər varlı ştatlarla müqayisədə 10 il, qadınlar isə 7 il az yaşayır. Kasıb ştatların əhalisi varlı ştatların əhalisi ilə müqayisədə 4,5 dəfə çox siqaret çəkir. Eynilə də piylənmədən əziyyət çəkənlər kasıb ştatlarda varlı ştatlara nisbətən 50% çoxdur.