Tribuna İnformasiya Agentliyi

Vaqif Mustafayev “Anaya” adlı serial çəkir – “Amaci”nin yerli versiyasıdır

11 Sentyabr
Məşhur “Bu zalım dünyada doğulma” (Amaci) serialının Azərbaycan versiyası çəkilir.
TİA.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Anaya” adlanan fenomen layihə yeni sezonda Space TV-də yayımlanacaq.
Ekran işinin anons videosu artıq təqdim olunub. Layihədə yerli Amaci obrazını xalq artisti Mehriban Zəki canlandıracaq. Serialın artıq 20-ə yaxın bölümü çəkilib.
Məlum olub ki, xalq artisti, rejissor Vaqif Mustafayev “Bu zalım dünyada doğulma”nı istehsal edən şirkətlə müqavilə bağlayaraq serialı alıb və Azərbaycanda çəkmək qərarına gəlib.
Elə layihənin rejissoru da V. Mustafayevin özüdür.