Van Qoqun Pol Qogenlə birgə yazdığı məktub 210 min avroya satıldıbackend

Van Qoqun Pol Qogenlə birgə yazdığı məktub 210 min avroya satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Niderlandın paytaxtı Amsterdamda yerləşən Van Qoq muzeyi dahi rəssam Van Qoqun fransalı həmkarı Pol Qogenlə birgə fahişəxana ziyarətlərindən bəhs edən məktubunu 210 min 600 avroya satıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məktub rəssamların Fransanın Arles şəhərində bir yerdə yaşadıqları dövrə aiddir. Rəssamlar Emili Bernardı qurmağı planlaşdırdıqları sənətçilər dərnəyinə qatılmağa çağırdıqları 4 səhifəlik məktubda fahişəxana ziyarətlərini də müzakirə edirlər. Van Qoq məktubda bir neçə dəfə bu mövzuya toxunaraq, “Böyük ehtimalla bir gün orda çalışacağıq” ifadəsini işlədir.
Muzeyin açıqlamasına görə, dahi rəssamlar fahişəxanada belə sənətdən danışıblar.
Qeyd edək ki, Van Qoq yaşadığı psixoloji sarsıntılar səbəbindən 1888-ci il 23 sentyabr tarixində bir qulağını kəsərək, sözügedən fahişəxanada qoyub. 1890-cı ildə dahi rəssamın ölümündən sonra isə qulağı məzarına qoyulub.