Tribuna İnformasiya Agentliyi

Van Qoqa görə uğur qazanmanın şərtləri…

01 Dekabr
Tanınmış holland rəssamı Vinsent Van Qoq həyatda uğur qazanmaqla bağlı fikirləri bu gün də dünya mediasının diqqət mərkəzindədir. Moderator.az dünyanın ən tanınmış rəssamlarından olan Van Qoqun uğur qazanmaqla bağlı fikirlərini təqdim edir.
Rəssam həyatda uğur qazanmaq üçün istedadın mütləq olduğunu deyən insanların fikrini, adamı narahat edən bir qarğa səsinə oxşadır və bildirir ki, deyilənlərə qulaq asmadan mübarizə aparsaq, uğur qazana bilərik. O, insanın daim inkişaf edən bir varlıq olduğunu və doğuşdan gətirdiyi istedadı ilə birdən-birə dünyanın ən tanınmış adamı olmayacağını düşünür:
“Uğur qazanmaq üçün zəhmət və səbr lazımdır. İnsanların sənin haqqında nə düşündüklərinə fikir vermədən, ancaq irəliyə doğru getməli və yalnız onu düşünməlisən. Kiminsə sizin  haqqınızda istedadlı və ya istedadız olmanız deməsi əhəmiyyətsizdir. Hər səbr edən və çox çalışana sənətçi deyiləcəyinə şərik olmadığım kimi, inkişaf üçün heç bir çaba göstərməyən və öz üzərində çalışmayan insanın da uğur qazanacağına inanmıram”.