Valideyn-Müəllim Assosiasiyaları ləğv edilir, yeni təşkilatlar yaradılırbackend

Valideyn-Müəllim Assosiasiyaları ləğv edilir, yeni təşkilatlar yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulub”.
TİA.AZ xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Vəliyeva bildirib ki, hazırda yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılır:
“Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq”.
O, bu gün Valideyn-Müəllim Assosiasiyaları (VMA) ilə bağlı problemlərin gündəmdə olduğunu vurğulayıb:
“Həmin VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir”.
Qeyd edək ki, son zamanlar sosial şəbəkədə VMA tərəfindən pul yığılması məsələsi ciddi müzakirə mövzusu olub.