Vaksinasiyadan keçənlərin sayı açıqlandıbackend

Vaksinasiyadan keçənlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 640 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5085 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 586 410, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 646 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 940 356 nəfərə çatıb.