“Vaksinasiya növbələri də yoluxma mənbəyidir” – deputatbackend

“Vaksinasiya növbələri də yoluxma mənbəyidir” – deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Normal təbliğat aparmaq lazımdır. Vaksin əleyhinə çoxlu yazılar verdilər, internet televiziyalarda çıxışlar oldu və insanlar inanmadı. Lakin sərtləşmə və müəyyən qadağalardan sonra insanlar vaksinlənməyə məcburdur. Hər bir adam da başa düşməlidir ki, vaksin onun xeyirinədir. Peyvənd olunanlar ya yoluxmur, ya da ki, koronavirusu çox yüngül keçirir”, deyən millət vəkili Vahid Əhmədov hazırda peyvəndlə əlaqədar növbələrin olmasına da diqqət çəkdi.

Bizim.Media-ya özəl açıqlamasında Vahid Əhmədov növbələrin də koronavirus yoluxmaları üçün bir mənbə olduğunu bildirdi.

Bu problemi də nəzərə almaq lazımdır:

“Vaksinasiya məcburi deyil, könüllü olan bir şeydir. Amma insanlar başa düşməlidir ki, peyvəndlənənlər virusu daha yüngül keçirir. Düzdür, başqa misallar da var, amma nə qədər də olmasa, vaksin vaksindir də. İnsanlar bunu qəbul etməlidirlər ki, problem həll olunsun. Allergiyası olan, ürək xəstəsi və s. insanları peyvəndə məcbur etmək olmaz, çünki onlarda vaksinin əks reaksiyası ola bilər”.

Vaksin vurdurmayanlar sağlamlıqlarını təhlükəyə atdıqları kimi, işsiz da qala bilərlər. Bu haqda nə düşünürsünüz?

“O da böyük problemdir. Çünki hər yerdə COVİD pasportu tələb olunur. Amma mən yenə də deyirəm, bu məcburi deyil ki, könüllü olan şeydir. Heç kim məcburi deyə bilməz ki, gəl səni peyvəndləyək.

Amma indi o qadağalar qoyulub ki, insanlar vaksinlənsin. Yəqin ki, son hadisələr – yoluxmaların artması və ölüm halları onu göstərir ki, bunun qarşısı alınmalıdır. Yoxsa koronavirus uzun davam eləsə, xəstələnmə, ölüm sayı da arta bilər. Bu bizə lazım deyil.
Həm iqtisadiyyata, iş yerlərinə, həm də insanların sağlamlığına mənfi təsir göstərir”.