Vaksin pasportu üçün peyvənd növbələri: “Təcili tədbir görülməlidir”backend

Vaksin pasportu üçün peyvənd növbələri: “Təcili tədbir görülməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hesab edirəm ki, bununla bağlı təcili tədbir görülməlidir”.
Bunu  açıqlamasında professor Adil Qeybulla sosial şəbəkələrdə COVID-19 pasportunun tələb olunması məqsədi ilə vaksin vurdurmaq üçün xəstəxanaların və tibb müəssisələrinin qarşısında yaranan növbələri əks etdirən fotolara münasibət bildirərkən deyib. Professor bu cür vəziyyət karantin qaydalarının pozulması kimi qiymətləndirib:
 
“Əgər vətəndaşların bu şəkildə vaksinasiya prosesinə axını varsa, təbii ki, təcili müəyyən tədbirlər görülməlidir. Operativ Qərargah market, aptek və insanların gur olduğu yerlərdə güşələr düzəltməlidir ki, xəstəxanaların qarşısında yaranan növbələr azalsın, sıxlıqlar dağılsın. Portal var. Harda vaksin vurdurmağından asılı olmayaraq, onlar portala düşür və həmin insanlar ikinci dəfə vaksin oluna bilməz. Bununla bağlı Amerika və müxtəlif ölkələrin təcrübəsi var”.
Adil Qeybulla onu da əlavə edib ki, bir tibb müəssisəsində bu qədər insanları vaksinasiya etmək özü də problemdir.