Vaksin könüllüdür, yoxsa könüllü məcburi?.. – Professorbackend

Vaksin könüllüdür, yoxsa könüllü məcburi?.. – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün bütün dünyada infeksion xəstəliklərin yoxa çıxması vaksinasiyanın sayəsindədir”. 
Bunu açıqlamasında professor Adil Qeybulla könüllü olan vaksinasiyanın qoyulan şərtlərdən sonra məcburi qaydada vurulmasına aydınlıq gətirərkən deyib. Adil Qeybulla hesab edir ki, insanların bəziləri məqsədli şəkildə vaksin əleyhinə təbliğat aparır:
 
“Könüllü olmaq o demək deyil, insanlar vaksindən qaçmalıdır və bunun əleyhinə danışmalıdır. Baxın, nə qədər tanınan şəxslərimizi bu xəstəlikdən itirmişik. Əgər onlar vaxtında özlərini qorusaydılar, daha yaxşı olmazdımı? İkinci tərəfdən də vaksinasiya olunmaq istəyənlər özləri könüllü şəkildə gedir. Vaksin olunmayanlar ətraf üçün təhlükə yaradır. Vaksin vurilanlarla vurulmayanlar arasında bir fərq olmalı deyil? Heç kəsə məcbur olunmur, amma digər tərəfdən də vaksin olunanlara bir üstünlük tanınmalıdır ya yox? Onların ətrafının ictimai təhlükəsizlik məsələsi ortadadır”.
Adil Qeybulla bildirib ki, vaksinasiya əleyhinə təbliğat aparanlar, vaksin olunmayanlar, üstəlik vaksin olunmaqdan da yayınanlar vaksin olunanlardan daha çox hüquq tələb edə bilməz.