Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandıbackend

Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı

Vaksin hazırlanana qədər koronavirusun yayılmasının qarşısını almaq üçün epidemiyanın miqyasları əhəmiyyətli amildir və bu, ümumxalq səviyyəsində təcridlə mümkündür.

Bu barədə “Veçernyaya Moskva” nəşrinə rusiyalı epidemioloq Mixail Favorov məlumat verib.

Mövcud vəziyyəti 2002-ci ildə SARS atipik pnevmoniyasının yayılması ilə müqayisə edən Favorov o zaman hökumətlərin hər şeyi axarına buraxdığını vurğulayıb:

“Hazırda isə Çin rəhbərliyi daha sərt tədbirlər gördü, 11 milyonluq şəhər fəaliyyətini tam dayandırdı, zaman keçdikcə yeni yoluxmaların sayı azaldı”.

“Bu cür təhlükəli xəstəliklərə laqeyd münasibət izsiz ötüşmür. Buna misal olaraq, çox sayda insan itkisi ilə üzləşən İtaliyanı göstərmək olar. COVID-19 ilə bağlı baş verənlər orada milli faciəyə çevrilib”, – deyə o sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, son məlumatlara görə, Çinin materik hissəsində sutka ərzində cəmi bir nəfər koronavirusa yoluxub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az