Vahid Ələkbərov: “Neftin 100 dollardan baha olmasını istəməzdim, çünki…”backend

Vahid Ələkbərov: “Neftin 100 dollardan baha olmasını istəməzdim, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Lukoyl”un rəhbəri Vahid Ələkbərov bildirib ki, neftin bir barelinin 100 dollardan yuxarı qalxmasını istəməzdi. 
TİA.AZ  “Kommersant”a istinadla xəbər verir ki, onun fikrincə, bu səbəbdən investorlar aşağı gəlirli layihələrə sərmayə qoymağa başlaya bilər ki, bu da bazarın çökməsinə səbəb olardı.
Ələkbərov hesab edir ki, neftin bir barelinin qiyməti 65-75 dollar olacağı təqdirdə istehlakçı üçün yaxşı olar. O, hesab edir ki, OPEC + üzv ölkələri hasilat həcmini tənzimləməklə onu qorumağı hədəfləyir.
Hələ ki, Brent markalı xam neftin bir barelinin qiyməti 73 dollar civarında oynayır.