Tribuna İnformasiya Agentliyi

Vahid Ələkbərov Rusiyanın ən varlı dördüncü şəxsi oldu

06 Mart

“Forbes” dünya üzrə milyarderlərin sayını açıqlayıb.

Oxu.Az xəbər verir ki, siyahıya 102 rusiyalı milyarderin adı daxil edilib.

Onların birgə sərvətinin həcmi 410,8 milyard dollardır.

Azərbaycan əsilli milyarder Vahid Ələkbərov 16,4 milyard dollar sərvəti ilə ilk onluğa daxil olub. Onun sərvəti bir ildə 1,9 milyard dollar artıb.

V.Ələkbərov qlobal reytinqdə 78-ci sırada yer alıb. Rusiyanın 200 ən varlı şəxsinin siyahısında isə o, dördüncü sırada qərarlaşıb. 2017-ci ilin reytinqində V.Ələkbərov sərvətinin həcminə görə altıncı sırada yer alırdı.

Qeyd edək ki, qlobal reytinqdə ilk sıranı “Amazon”un sahibi Ceff Bezos tutub. Beləliklə, o dünyanın ən varlı insanı adını alıb.