Vadji ilk oyununda “Sent-Etyen”i məğlubiyyətdən xilas etdi – VİDEObackend

Vadji ilk oyununda “Sent-Etyen”i məğlubiyyətdən xilas etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji “Sent Etyen”in heyətində debüt edib.

TİA.AZ Fanat.az-a istinadən xəbər verir ki, Fransa Liqa-2-də çıxış edən “Sent Etyen” səfərdə “Pau” ilə qarşılaşıb.

Seneqallı hücumçu 66-cı dəqiqədə əvəzetmədən meydana daxil olub.84-cü dəqiqədə hakim Vadjiyə qarşı kobudluğa görə meydan sahiblərinin qapısına penalti təyin edib və beləliklə, “Sent-Etyen” məğlubiyyətdən qurtulu – 2:2.

7 oyundan sonra 4 xal toplayan “Sent Etyen” 20 komanda arasında 19-cu yeri tutur.