Tribuna İnformasiya Agentliyi

IV İslam Həmrəyliyi Oyunları üçün biletlərin qiyməti açıqlandı

01 Fevral

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq. 

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq.

Bunu “Bakı 2017″nin korporativ direktoru Elçin Səfərov bildirib.

Onun sözlərinə görə, biletlərin satışına Novruz bayramından etibarən başlanılacaq: “Buraya “İslamiada-2017″nin açılış və bağlanış mərasimləri üçün biletlər də daxildir.

Qiymətlər isə I Avropa Oyunlarında olduğu kimi 1 AZN təşkil edəcək. Azərbaycanda baş vermiş devalvasiyaya baxmayaraq, həm biletlərin qiymətləri artırılmayıb, həm də endirim nəzərdə tutulmayıb. Bu addımı “İslamiada-2017″ni daha çox azarkeşin izləməsi üçün atmışıq. Eyni zamanda, biletləri onlayn şəkildə almaq mümkündür. Bundan başqa, bilet satışını tərəfdaşlıq etdiyimiz supermarketlərdə də təşkil edəcəyik”.