Tribuna İnformasiya Agentliyi

Usta işlədiyi evdən 70 minlik qızıl oğurlayıb

18 Noyabr

Bakıda evdən 70 minlik qızıl oğurlanıb. 

Bakıda evdən 70 minlik qızıl oğurlanıb.

TİA.AZ-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu PB-yə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.

Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub.