ÜST peyvənd pasportlarına qarşı çıxdıbackend

ÜST peyvənd pasportlarına qarşı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç hələlik beynəlxalq təşkilatın peyvəndlənənlərə peyvəndlənməyənlər qarşısında müəyyən imtiyazlar verəcək “peyvənd pasportları” tətbiq edilməsini tövsiyə etmədiyini bildirib. 
Bu məsələ ilə Fövqəladə COVİD Komitəsi məşğul olacaq.
Vuynovic ÜST-ün hazırda hamıya çatacaq qədər peyvənd olmaması səbəbindən belə bir mövqe tutduğunu vurğulayıb.
Onun sözlərinə görə, üç aydan sonra problem həll edilə bilərsə, ÜST “peyvənd pasportu” ideyasını müdafiə edəcək.
Bundan əvvəl Avropa Birliyinin liderləri “elektron peyvənd sertifikatları” tətbiqetmə fikrini dəstəklədiklərini bildirmişdilər.