ÜST: Koronavirus mövsümi deyilbackend

ÜST: Koronavirus mövsümi deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni koronavirusun törətdiyi xəstəliyin mövsümi olmasına dair hər hansı əlamət, yaxud dəlil mövcud deyil”.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə aparıcı texniki mütəxəssisi, epidemioloq Maria van Kerkhove brifinq zamanı bildirib.

“Hər gün yeni-yeni şeylər öyrəndiyimiz bu virus aramızda dolaşmaqda davam edir, insanların əksəriyyəti ona qarşı həssasdır. Odur ki, yeni yoluxmaların, ölümlərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, – o deyib.

Ekspert həm hökumətlərin tövsiyələrinə əməl etməyin, həm də şəxsən təhlükəni azaltmağa yönələn addımlar atmağın vacib olduğunu da vurğulayıb: “Sizdən evdə qalmağı istəyirlərsə, qalın. Nəqliyyatda, mağazada maska taxmaq lazımdırsa, taxın. Bununla da həm özünüzü, həm də risk qrupunda olan insanları qorumuş olursunuz”.