ÜST: Koronavirus milyonlarla insanın psixologiyasını pozubbackend

ÜST: Koronavirus milyonlarla insanın psixologiyasını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib ki, koronavirus pandemiyası dünyada milyonlarla insanın psixikasına nəzərəçarpan dərəcədə mənfi təsir göstərib.
 Çıxışın qeydini təşkilatın mətbuat xidməti yayımlayıb.
Gebreyesusa görə, koronavirus insanlarda “narahatlıq və qorxu” yaradıb, psixi sağlamlıq xidmətlərinin işinin pozulmasına da təsir edib. ÜST rəhbəri bu vəziyyətə virusun yayılmasına və insanlar arasında qarşılıqlı əlaqənin olmamasına qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin səbəb olduğunu qeyd edib.
ÜST-nin hesablamalarına görə, dünyada təxminən bir milyard insan ruhi xəstəliklərdən əziyyət çəkir. Eyni zamanda, çox az sayda insan keyfiyyətli yardım almaq imkanına malikdir. Xüsusilə, aşağı və orta gəlirli ölkələrdə, ruhi və nevroloji xəstəlikləri olan insanların 75 faizindən çoxu müalicə almır.
///Qaynarinfo