ÜST haqqında beynəlxalq araşdırma aparılacaqbackend

ÜST haqqında beynəlxalq araşdırma aparılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) 194 üzv dövləti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə bağlı fəaliyyəti mövzusunda araşdırma aparılmasına qərar verib.

Virtualaz.org bildirir ki, dünya miqyasında Covid-19-la mübarizənin davam etdiyi bir dövrdə ÜST-ün pandemiyaya qarşı gördüyü tədbirlər beynəlxalq ictimaiyyət arasında mübahisə və müzakirələrə səbəb olub. Belə ki, ÜST bu istiqamətdə fəaliyyətsizlikdə belə ittiham olunub. Bu səbəbdən bu gün İsveçrənin Cenevrə şəhərində keçirilən ÜST-ün illik toplantısına BMT ölkələri də qatılıb. Onlar virusun qaynağı və insandan insana necə yoluxması mövzusunda beynəlxalq araşdırmanın başladılmasına qərar veriblər.

BMT-yə üzv ölkələrin araşdırma tələbinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus müsbət cavab verib.

Araşdırmanın başlayacağı tarix isə açıqlanmayıb.