ÜST: Dünyada koronovirusdan ölənlərin sayı 473 mini ötdübackend

ÜST: Dünyada koronovirusdan ölənlərin sayı 473 mini ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,1 milyon nəfəri keçib.

TİA.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 135 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 4 187 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 473 797 təşkil edir.

Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 9 129 146 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.