ÜST dünyada koronavirusla bağlı son vəziyyəti açıqladıbackend

ÜST dünyada koronavirusla bağlı son vəziyyəti açıqladı

Dünyada koronavirusa yoluxanların sayı son sutkada 226 min nəfərdən çox artıb.

Tia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 13 378 853 nəfərə çatıb. Son sutkada daha 5 579 nəfər pandemiyanın qurbanı olub. Bununla da dünyada koronavirusdan ölənlərin ümumi sayı 580 045 nəfərə yüksəlib.

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerika ölkələrində qeydə alınıb. Bu qitədə COVID-19-a 7 016 851 yoluxma aşkarlanıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki