ÜST: Avropada ildə 140 mindən çox insan intihar edirbackend

ÜST: Avropada ildə 140 mindən çox insan intihar edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa regionunda intihar nəticəsində baş verən ölüm hallarının sayı qlobal göstəricilərlə müqayisədə yüksəkdir”.

TİA.AZ xəbər verir ki, bu fikirlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəsmi “Facebook” səhifəsindən bildirilib.

Qeyd olunub ki, ildə 140 mindən çox insan bu səbəbdən dünyasını dəyişir.

“Ətrafınızda özünə zərər vermə ehtimalı olan insanlar varsa, onlarla təklikdə söhbət edin və ya psixoloji dəstək almalarını tövsiyə edin”, – məlumatda vurğulanıb.