USQ Odessaya hücuma hazırlaşan Rusiya dəniz piyadalarını məhv etdi (VİDEO)backend

USQ Odessaya hücuma hazırlaşan Rusiya dəniz piyadalarını məhv etdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna hərbçiləri Nikolaev və Mariupol yaxınlığında Odessaya hücum etməyə hazırlaşan Rusiya dəniz piyadalarının şəxsi heyətini məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının sözçüsü Sergey Bratçuk Facebook səhifəsində məlumat verib.
“Bu, qismən həmin şəxsi heyətdir ki, böyük müharibənin əvvəlində burada, Odessa sahillərində yerləşməyə cəhd edirdi, indi o heyət Nikolayev və Mariupol yaxınlığında məhv edilib”, – o deyib.
Martın 10-da Bratçuk bildirib ki, Odessanı tutmalı olan qoşunların bir hissəsi işğal olunmuş Krıma köçüb.
Bundan əvvəl KİV-də Rusiya Federasiyasının gəmilərindən birində iğtişaş baş verməsi, nəticədə onlarla rusiyalının Odessa sahillərinə çıxmaqdan imtina etməsi ilə bağlı məlumat yayılıb.
Eyni zamanda, düşmən gəmiləri Odessa sahillərindən o qədər də uzaq olmayan mövqedə qalır. İşğalçılar məhz o gəmilərdən şəhəri atəşə tuturlar.