Useyn Bolt Avstraliya klubundan ayrılıbbackend

Useyn Bolt Avstraliya klubundan ayrılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yamaykalı sprinter və 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasına başladığı Avstraliyanın “Sentral Kost Mariners” klubunu tərk edib. “Report”un məlumatına görə, 32 yaşlı idmançı 8 həftəyədək məşq etdikdən sonra komandadan ayrılıb.

Klubun sahibi Maykl Çarlisvort bildirib ki, Boltla anlaşma əldə edə bilməyiblər. Lakin o, məşhur idmançı ilə çalışmaqdan şərəf duyduqlarını vurğulayıb.

Daha əvvəl Malta “Valletta”sı təcrübəli atletlə 2 illik müqavilə bağlamaq istəyib. Lakin Bolt təklifi rədd edib. “Sentral Kost Mariners”ə keçənədək o, Almaniyanın “Borussiya” (Dortmund) və Norveçin “Strömqodset” komandalarının heyətində məşq edib.

Qeyd edək ki, Useyn Bolt idmançı karyerasını 2017-ci il avqustun 14-də başa vurub.