“UŞAQLARI QUZU KİMİ BÖYÜTMƏMƏLİYİK” – EKSPERTDƏN MƏKTƏB SKANDALINA ÇAĞIRIŞbackend

“UŞAQLARI QUZU KİMİ BÖYÜTMƏMƏLİYİK” – EKSPERTDƏN MƏKTƏB SKANDALINA ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin may ayında Xəzər rayonunda yerləşən 218 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Bundan iki gün sonra isə buna bənzər hadisə 214 saylı məktəb şagirdinin başına gəlib. Nizami rayonu 214 nömrəli məktəbin XI sinif şagirdi dərsdən sonra şəxsi münasibətlər zəminində bıçaqlanıb.
Bu gün də Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Bunlar sadəcə yaxın bir neçə ayın statistikadır. Göründüyü kimi mənzərə heç də ürəkaçan deyil. Valideyn bilmir övladını məktəbə göndərir, yoxsa “söhbətə”
Məsələ ilə bağlı TİA. Az– a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, bullinqə edən uşaq sərt şəkildə cəzalandırılmasa, məktəblər nizamnamələrə baxmasa bu kimi hallarla çox üzləşməli olacağıq:
“Hadisə fiziki bullinq hadisəsidir. Buna isə müxtəlif səbəblər təsir göstərə bilir. Bu səbəblər ailədən, uşağın mühitindən, məktəbdəki dostlarından, müəllimlərdən qaynaqlı ola bilər. Ümumiyyətlə, bilməliyik ki, bullinq səbəb yox, nəticədir. Nəyin nəticəsidir? Uşaqların evdə tərbiyə sarıdan əskik qalmağının, qayğı, nəzarət çatışmazlığının nəticəsidir. Bu görüntülərdə xüsusilə diqqətimi o çəkdi ki, bullinqə məruz qalan uşaq əslində heç də fiziki cəhətdən bulinq edəndən zəif deyil. O zaman niyə görəsən uşaq sakit dayanıb qarşılıq vermir? Çünki o ruhən acizdir. Bəs necə edək ki, uşaqlarımız belə hallarda aciz qalmasın, adekvat cavab verə bilsin? Biz uşaqlarımızı quzu kimi qorxu ilə böyütməməliyik. Onları özünümüdafiəyə öyrətməliyik. İkincisi isə bullinqi edən uşaq cəzalanmalı, onun şəxsi işinə bu işlənməli, məktəbdən uzaqlaşdırılmalıdır- birdəfəlik yaxud da müəyyən müddətlik. Əgər bu kimi cəzalar verilərsə, başqa uşaqlar bundan nümunə götürər. Ancaq bu əməl cəzasız qalsa, nəticə olmasa, bu kimi hallar yenidən təkrarlanacaq. Burda bir orqanı, insanı günahlandırmaq olmaz. Məktəb isə öz növbəsində nizamnamələr hazırlamalı, nəzarət mexanizmlərini gücləndirməlidir”.

Aytac

TİA. Az