Tribuna İnformasiya Agentliyi

Uşaqları baqajda daşıyırlar! – Azərbaycanda şok olayın VİDEOsu

01 Noyabr

Şəmkirdə sürücü azyaşlı uşaqların həyatını təhlükə qarşısına qoyub.

AzNews.az xəbər verir ki, rayonda azyaşlıların avtomobil baqajında daşındığını əks etdirən video yayılıb.

Hadisə “57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobil küçədə gedərkən lentə alınıb. Sürücü salonda yer olmadığından azyaşlı uşaqları avtomobilin yük daşınan yerinə mindirib.

Uşaqların həyatını təhlükəyə atan sürücü, bu azmış kimi üstəlik, onların hava alması məqsədi ilə baqajı da açıq qoyub.