Tribuna İnformasiya Agentliyi

“Uşaqlar ölməsin” deyən qadın körpəsi ilə birlikdə həbs edilir

16 Aprel

Ötən il “Bəyaz Şou”ya zəng vuraraq qalmaqala səbəb olan Ayşə müəllimə həbs edilib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, canlı efirə bağlanaraq ölkənin cənub şərqində baş verən hərbi əməliyyatlara diqqət çəkmiş və ordunu silahsız insanlara qarşı zor tətbiq etməkdə ittiham etmişdi. Bunun ardından qadın haqqında “Terror təşkilatını müdafiə etmək” ittihamı ilə cinayət işi açılmış, aparıcı Bəyazit Öztürk isə tamaşaçılardan üzr istəmiş, həmin an özünü itirdiyini demişdi.

“Beyaz Şou”ya zəng edib “Ölkənin şərqində yaşananlardan xəbəriniz var? Burada yaşananlar çox fərqli təqdim olunur. Səssiz qalmayın. İnsan olaraq bu mövzulara yanaşın. Yazıq insanlar ölməsin, uşaqlar ölməsin, analar ağlamasınlar” söyləyən Ayşe Çelik adlı qadının həbs olunması barədə məlumatı onun vəkili Mahsuni Karaman verib.

O bildirib ki, Ayşe Çelik 6 aylıq körpəsi ilə Diyarbəkirdəki həbsxanaya göndəriləcək.