Uşaq pulu problemi: 1 milyard manat vəsait… (ŞƏRH)backend

Uşaq pulu problemi: 1 milyard manat vəsait… (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“2021-ci il üçün uşaq pulunun ayrılması mümkünsüz görünür”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli uşaq pulunun verilməsi ilə bağlı problemin həllindən danışarkən deyib. Onun sözlərinə görə, buna üçün dövlət büdcəsinə əlavə və dəyişikliklər olmalıdır:
“Hökumətin buna gedəcəyini düşünmürəm. Əslində uşaq pulu ilə bağlı məsələni gündəmə gətirən və bunu ciddi müzakirələrə çıxardan da bizim təşkilat oldu. Biz bununla bağlı dəfələrlə açıqlamalar verdik ki, elmi əsaslarla hesablamara dayanan bir yanaşma ortaya qoyulsun. Yeganə hesablanmış təklif də bizim tərəfimizdən hazırlanıb və artıq onu ictimaiyyətə səsləndirmişik. Payız sesiyasında parlamentə də təqdim edəcəyik. Ümid edirik ki, bu təkliflər parlamentdə təsdiqlənəcək”.
Natiq Cəfərli əlavə olaraq bildirib ki, 2022-ci ilin dövlət büdcəsində uşaq pulunun verilməsi üçün ayrıca 1 milyard manat maliyyə vəsaiti ayrılmalıdır:
“Bu, təqribən ilkin mərhələdə 900 yüz min uşağa uşaq pulunun verilməsinə imkan yaradacaq. Yəni bu ilk mərhələdə 2022-ci il üçün olan təklifimizdir. Təklifimiz də ondan ibarətdir ki, hər il bu məbləğin artırılması yolları tapılsın. Bundan sonra 2023-2024-cü ildə isə hər il təqribən 300 milyon artırmaqla 2025-ci ilə kimi bütün uşaqları əhatə edəcək bir proqram qəbul etmək mümkündür. Biz bunu iqtisadi və hüquqi tərəfdən əsaslandırılmış formada hazırlayıb səsləndirmişik. Bunu 2022-ci il dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılanda parlamentə rəsmi bir təklif kimi təqdim etməyi düşünürük. Ümid edirik ki, digər siyasi partiyalar, təşkilatlar, hökumət də bu təklifi dəstəkləyəcək”.