Uşaq pulu ilə bağlı vacib xəbərbackend

Uşaq pulu ilə bağlı vacib xəbər

Xəbər verdiyimiz kimi aprelin 24-də keçirilən plenar iclasda deputat Əli Məsimli uşaq pulunun yenidən bərpa edilməsini təklif edib. Karantin rejim bitdikdən sonra Azərbaycanda uşaq pulunun bərpası mümkündürmü?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Tahir Kərimli bildirib ki, hər bir azərbaycanlı vətəndaş uşaq pulunun bərpasını istəyir: “Ona görə də düşünürəm ki, uşaq pulu yenidən bərpa edilməlidir. Ola bilsin ki, burada da ədalətsizlik olsun. Varlı ailələr də uşaq pulu alsın. Amma buna baxmayaraq, uşaq puluna keçərək biz korrupsiyanın qarşısını ala bilərik.

 

Ona görə də bu məsələ Milli Məclisdə dəfələrlə qaldırılıb. Məndə olan məlumata görə dövlət bu məsələnin üzərində işləyir. Yaxın zamanlar bu barədə qərar qəbul edilə bilər. Sadəcə koronavirus məsələsi ortaya çıxdığına görə təxirə salındı. Çünki sosial yardım vermək daha zəruri oldu. Karantin rejim bitdikdən sonra uşaq pulu ilə bağlı hər hansı bir qərar verilə bilər. Amma qərarın hansı istiqamətdə olacağını bilmirəm”.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki