Uşaq karantin qaydasını pozan anasından polisə şikayət etdibackend

Uşaq karantin qaydasını pozan anasından polisə şikayət etdi

Rusiyanın Moskva şəhərində məktəbli polis şöbəsinə gələrək anasından şikayət edib.

MK xəbər verir ki, 12 yaşlı oğlan polisə bildirib ki, karantin rejimində anası daim spirtli içki qəbul edir, ona qışqırır və hətta ötən gecə yüksək səslə musiqi dinləyib.

Evə gələn hüquq-mühafizə əməkdaşları həqiqətən qadını sərxoş vəziyyətdə tapıblar. Masanın üstündə araq şüşəsi olub.

Məktəbli xəstəxanaya aparılıb. Anası isə karantin rejimindən sonra məşğulluq idarəsi ilə əlaqə saxlayaraq alkoqolsuz həyat yaşamağa məcbur ediləcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az