Uşaq evində böyüyən qazi nələr danışdı? – VİDEObackend

Uşaq evində böyüyən qazi nələr danışdı? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baku TV-də yayımlanan “Arzu Kəlbinin reportajı”nın növbəti qəhrəmanı internat məktəbində böyüyən Vətən müharibəsi qazisi Elçin Əhmədovdur.

Hər iki valideynini itirdikdən sonra qardaşları ilə birgə internata yerləşdirilən Elçin Əhmədov orada keçən illərindən, həyat mübarizəsindən danışıb.

“İnternat uşaqlarının həyatı çətin olsa da, ayaqda qalmağı bacarırlar” deyən qazinin sözlərinə görə, 15 yaşına qədər ona zəng edən xalasını anası sanıb.

Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən qazi Hadrutdakı tikililərdən birinin üzərinə yazdığı “Maştağa – 1 N-li internat” sözləri ilə məşhurlaşıb. Müharibə iştirakçısı həmin yazının tarixçəsinə də aydınlıq gətirib.

Ətraflı süjeti təqdim edirik: