UŞAQ BAĞÇALARINA ONLAYN SEÇİM ÖZBAŞINALIQLARA SON QOYACAQMI? – DEPUTATDAN MÖVQEbackend

UŞAQ BAĞÇALARINA ONLAYN SEÇİM ÖZBAŞINALIQLARA SON QOYACAQMI? – DEPUTATDAN MÖVQE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hesab edirəm ki, bağçalara qəbulun elektron qaydada həyata keçirildiyi zaman biz artıq bir sıra problemlərin baş vermədiyini müşahidə edəcəyik”. Bunu TİA.Az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, bu işdə Təhsil Nazirliyinin qarşısına çox mühüm vəzifələr qoyulub:
“Bildiyiniz kimi, bu il artıq qeydiyyat və növbəyə yazılma məsələsini Təhsil Nazirliyi öz üzərinə götürüb. Burada elektron sistemin işə düşməsi planlaşdırılır. Bir müddətdir ki, Təhsil Nazirliyi bu layihənin üzərində işləyirdi. Əsas məqsəd ondan ibarətdir ki, bağçalara qəbul elektron qaydada həyata keçirilsin. Hesab edirəm ki, elektron qaydada həyata keçirildiyi zaman biz neqativ hallar müşahidə etməyəcəyik.


Hər halda bunu zaman göstərəcək. Bağçaların idarə olunmasının Nazirliyə verilməsində əsas məqsəd də məhz budur. Düşünürəm ki, Təhsil Nazirliyinin qarşısına çox mühüm vəzifələr qoyulub.
Bu gün Azərbaycanda bütün sahələrdə elektronlaşdırılmanın həyata keçirilməsi istiqamətində addımlar atılır. Hər halda biz növbəti mərhələdə bu prosesi fərqli bir formada müşahidə edəcəyimizə ümid edirik”.
Qeyd edək ki, iyulun 26-da saat 11:00-dan etibarən Bakı üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə start veriləcək.

Aytac

TİA.Az