Uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı (RƏSMİ)backend

Uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı (RƏSMİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.
Bu barədə DİN-dən TİA.AZ-a məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:
“Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.
Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”.