Ürəyin istədiyini yemək və kökəlməmək üçün… – İngilis genetikdən məsləhətlər…backend
İngilis genetika mütəxəssisi  ürəyin istədiyi hər şeyi yemək və çəki normasını necə saxlamağın yollarını göstərib.
Bu haqda Britaniyanın “Teleqraf” nəşri məlumata yayıb. Kembric Universitetinin aparıcı genetik mütəxəssisi Cayls Yeonun fikrincə, hər dəfə  az- az, lakin adət etdiyiniz məhsullardan yemək lazımdır. Həm də  yeməyin bir hissəsini lifli qidalar, tərəvəz və göyərti ilə əvəz edin. Ancaq boşqab dolu bir həcmdə olsun. Mütəxəssisin fikrincə, yarpaqlı göyərti hər hansı bir yeməyi yaxşılaşdıracaq əla bir kilo balastıdır(tarazlayıcı-S.L.).
Genetikin digər bir məsləhəti:  məhsulların heç birindən imtina etməyin və qidaları istisna edən pəhrizlərə getməyin – məsələn, yağlı qidaların daxil olduğu keto pəhrizi. Alim bunun kilo itkisinə müdaxilə etdiyinə əmindir, çünki bədən daha az qidalı maddə qəbul edərək yağ yığmağa başlayacaq…
Arıqlamaq prosesini sürətləndirmək üçün C. Yeo 12 saatlıq bir aclıq tövsiyə edir. Bu saatların bir hissəsi yuxuya gedəcək, qalan hissəsini isə əlbəttə ki, şəkərsiz olmaqla su və çayla keçinməlisiniz.