Ürəkdən qəşş edib gülmək insanı öldürə bilər – SƏBƏBbackend

Ürəkdən qəşş edib gülmək insanı öldürə bilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnsanın ürəkdən, qəşş edib yıxılana və ürəyi dayanana kimi gülməyi orqanizmdə bəzi prosesləri işə salır.
 
Bu halda belə gülüş həyati təhlükəli ola bilər. Əsatirə görə, yunan filosofu Xrisiş güclü gülməyin nəticəsində ölmüşdü.
Bakupost xəbər verir ki, alimlər də güclü gülüş zamanı beyində damarların sıxılması zamanı anevrizmanın baş verə biləcəyini və insanın bu anda ölə biləcəyini istisna etmir və tibbi baxımdan bu əsaslandırılıb.
Anevrizma baş beyinin arteriya damarlarının şişkinliyi və hər an partlamaya hazır vəziyyətidir. Çox insanlar başlarında damar anevrizması olduğunu bilmir və xəbərsiz yaşayır.
Anevrizmanı beyin MRT-si və Kt-si vasitəsilə təyin edirlər.
Kəllə içində təzyiq qalxdıqda bu şişmiş damar partlaya, qanaxma verə bilər.
Qəfildən, çox ürəkdən, ürəyi dayanırmış kimi gülüş zamanı da kəllədaxili təzyiq artır.
Bu zaman anevrizmalı damar yırtılır.
Eləcə də ürəkdən qəşş etmək astma tutmasını artıra bilər.
Astması olan xəstələr ağlayan və gülən zaman boğulmla tutmaları yarana bilir.
Digər təhlükə Helastik qıcolmalardır. Bunlar nəzarətə alına biliməyən, sərhədsiz, uzunmüddətli, kontroldan çıxan gülmək, hırıldamaq zamanı baş verir. Sizə elə gələ bilər ki, insan gülüşünü saxlaya bilmir, əslində isə onda helastik qıcolma tutmaları başlaya bilər.
Bu qıcolmalar anadangəlmə, beyində şiş və hipotalamusda problemlər zamanı olur.
Ürəkdən qəşş edən zaman ürək, beyində oksigen kəsilməsi baş verə bilər ki, bu da təzyiqi aşağı salıb, insanı bayılda bilir. Ona görə də el arasında gülməkdən ürəyi getmək deyimi heç də əsaslı deyil.