“Urals” nefti 10 dollara düşübbackend

“Urals” nefti 10 dollara düşüb

Rusiyanın “Urals” markalı nefti ucuzlaşmaqda və 1999-cu ilin mart ayı səviyyəsinə düşməkdə davam edir. “Report” “Argus Media”nın məlumatına əsasən xəbər verir ki, şimal-qərbi Avropada (Rotterdam limanı) “Urals” neftinin CİF müqavilə qiyməti aprelin 1-də 10,54 dollar/barel təşkil edib.

Bu markalı neftin bir barelinə görə endirim isə ötən həftədəki səviyyədə- 4,75 ABŞ dolları olaraq qalıb. Bu 2008-ci ildən indiyədək ən maksimum endirimdir.

Qeyd edək ki, hazırda London birjasında “Brent” markalı neftin bir bareli 10,55% bahalaşaraq 27,35 ABŞ dolları, Nyu-York birjasında WTI markalı neftin bir bareli 10,64% artaraq 20,47 ABŞ dolları təşkil edir. Birjalarda neftin qiyməti ABŞ prezidenti Donald Trampın Rusiya və Səudiyyə Ərəbistanı ilə bazarı tənzimləmək üçün tezliklə razılığa gələcəyi ilə bağlı bəyanatından sonra artmağa başlayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az