backend

Ünvanlı sosial yardım və məcburi köçkünlərlə bağlı ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dekabrın 16-da Milli Məclisdə Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsinə dəyişikliklər edilməsi ilə bağlı müzakirə ediləcək təkliflər əsasında müsbət qərarlar qəbul olunacaq”. 
“Dekabrın 16-da Milli Məclisdə Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsinə dəyişikliklər edilməsi ilə bağlı müzakirə ediləcək təkliflər əsasında müsbət qərarlar qəbul olunacaq”.

TİA.AZ xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
O, Milli Məclisin 16 dekabr iclasında təklif olunan məsələlərdən bəzilərinin qəbul olunacağını istisna etməyib:
“Bildiyimə görə, müəyyən sahələrdə müsbət məsələlər olacaq. Xüsusilə də ünvanlı sosial yardım və məcburi köçkünlərlə bağlı edilən təkliflər müsbət qarşılanıb. Baş nazirin müavini Əli Həsənov da söyləyib ki, ölkə başçısı qəzalı vəziyyətli mənzillərdə yaşayan məcburi köçkünlərin problemlərinin təcili həlli ilə bağlı ona və maliyyə naziri Samir Şərifova müəyyən tapşırıqlar verib. Bütün bunlarla bağlı daha dəqiq məlumatları sabah keçiriləcək iclasda öyrənəcəyik. Yəqin ki, maliyyə naziri Samir Şərifov da bununla bağlı məlumat verəcək. Hesab edirəm ki, cənab Prezidentin təkcə dövlət büdcəsindən ünvanlı sosial yardımlar üçün nəzərdə tutulan vəsaitin artırılması və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələlərə diqqət yetirməsi çox müsbət addımlardır”.
Xatırladaq ki, Milli Məclis Azərbaycan hökumətinə 2017-ci il dövlət büdcəsi layihəsinə dəyişikliklər edilməsi ilə bağlı təklifləri dekabrın 16-dək qiymətləndirməyə vaxt verib.