backend

“Ünvanlı sosial yardım dayandırılsın!” – deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Musa Quliyev aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə onlara verilən maliyyə vəsatinin dayandırılaraq, bu vəsaitlərin pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavə edilməsini istəyir. Deputat Musa Quliyev aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə onlara verilən maliyyə vəsatinin dayandırılaraq, bu vəsaitlərin pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavə edilməsini istəyir.

Modern.az-ın xəbərinə görə, Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən millət vəkili bildirib ki, ümumiyyətlə, dünyada belə proqramlar müvəqqəti xarakterli proqramlar hesab olunur:
“Azərbaycanda da bu proqram 2007-ci ildən tətbiq olunur. Artıq hökumət bu proqramdan imtina etmək barədə düşünməlidir. Nə qədər çalışılsa da, burada şəffaflığı təmin etmək mümkün olmur və xoşagəlməz hallar baş alıb gedir. Nazir Səlim Müslümov bu sahədə nə qədər səy göstərsə də, effektiv nəticə əldə olunmur. Odur ki, bu məsələyə baxmaq lazımdır”.